Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Eynəksiz izlənilə bilən “3D” formatında videokamera


"Toshiba" şirkəti "3D" əyləncə dünyasını "Camileo Z100" videokamerası ilə davam etdirir. Bu yeni məhsul istifadəçilərə "3D" videolarını yüksək keyfiyyətdə və 1920x1080 kəskinlikli "Full-HD" olaraq hazırlamaq imkanını təmin edir.

İstifadəçilər "Paralaks Baryer LCD" görüntü xüsusiyyəti sayəsində videoları xüsusi "3D" eynək olmadan ekrandan birbaşa izləyə bilərlər. "Camileo Z100" videokamerasının "3D" qeyd rejimində 8x nisbətində rəqəmsal yaxınlaşdırma xüsusiyyəti vasitəsilə kiçik detalları belə görmək mümkündür.

Bundan əlavə, "3D" şəkillər çəkmək istəyənlər üçün xüsusi hazırlanan yığcam "Camileo Z100" "HDMİ" çıxışı ilə asanlıqla "3D" televiziyalara və ya dizüstü kompyuterlərə qoşula bilir.




03/02/12    Çap et