Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

"HP" nin baş direktoru rekord məbləğdə illik kompensasiya alacaq


"Hewlett-Packard" (HP), şirkətinin yeni təyin edilmiş baş direktoru Meq Uitmana 16,5 milyon dollar dəyərində illik kompensasiya paketi ödəyəcək. Bu məbləğ əvvəlki baş direktor Leo Apotekerin göstəricilərini ötür və eyni zamanda "HP" Direktorlar şurasının Meq Uitmana olan böyük ümidlərini əks etdirir.

Xanım Uitmanın maliyyə mükafatı 16,1 milyon dollar dəyərində olan 1,9 milyon səhmdən ibarətdir. Meq Uitmanın bu paketi alıb-almayacağı şirkətin işinin nəticələrindən asılı olacaq. Məlumat üçün qeyd edək ki, daha əvvəl "HP" şirkəti bildirmişdi ki, xanım Uitmanın illik maaşı şirkətin 2010-cu ilin payızındakı göstəriciləri bərpa olunanadək 1 dollar ilə məhdudlaşdırılacaq.

Analitiklər qeyd ediblər ki, Meq Uitman daha əvvəl Kaliforniyanın qubernatoru vəzifəsinə namizəd idi, lakin seçilmədi. O, seçki kampaniyasına təxminən 140 milyon dollar xərcləyib. Qeyd edək ki, Meq Uitman 2008-ci ildə "eBay" internet-şirkətinin rəhbəri postunu tərk edib.

EMIL




06/02/12    Çap et