Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Twitter” mikrobloqlar xidmətində növbəti rekord qeydə alınıb


"Lenta.ru" saytının məlumatına əsasən, Amerika futbolu üzrə keçirilmiş Superkubok oyunu zamanı "Twitter" xidmətində tvitlərin (mesajların) saniyə ərzindəki sayına görə mütləq rekord qeydə alınıb -  "Agence France-Presse" xəbər verib.

Mikrobloqlar xidmətinin məlumatına görə, son 3 dəqiqə ərzində "Twitter" istifadəçiləri oyunla bağlı saniyədə orta hesabla 10 min tvit dərc ediblər. Fasilə zamanı Madonna çıxış edib və istifadəçilər saniyə ərzində orta hesabla 8 min tvit göndəriblər.

Beləliklə, "Twitter" rəhbərliyi qeyd edib ki, Superkubok oyunu saniyə ərzində dərc edilmiş tvitlərin sayına görə mütləq rekord vurub. Məlumat üçün qeyd edək ki, 2011-ci ilin avqust ayında qeyd edilmiş rekord 8868 tvit təşkil etmişdi.





06/02/12    Çap et