Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“2-Qat Balans”


"Bakcell" Cin abunəçiləri üçün yeni "2-Qat Balans" kampaniyasını təqdim edib.  Kampaniya çərçivəsində balansı ən azı 10 AZN təşkil edən nömrələrin abunəçiləri "10" yazıb  "1020" qısa nömrəsinə SMS göndərməklə  20 AZN bonus qazanırlar. 

Yalnız "SevinCİN", "SevimliCİN", "QoşaCİN" və "CİNeration" abunəçiləri  bu faydalı imkandan yararlana biləcəklər. Bonus yalnız ölkədaxili bütün istiqamətlərdə zənglər, SMS, MMS və mobil internet üçün istifadə edilə bilər.

Digər abunəçinin balansının artırılması üçün və  rouminq, həmçinin beynəlxalq zənglər üçün bonusdan istifadə edilməsi mümkün deyil.
Qeyd edək ki, kampaniya fevral ayının 29-na qədər davam edəcək. 
 



CAHANGİR





06/02/12    Çap et