Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Gələn il istismara veriləcək yeni EATS-lərdə fiber-optik kabellərinin quraşdırılması başa çatdırılıb


2013-cü ilə qədər istismara buraxılması nəzərdə tutulan Qobustan, Hökməli, Yeni Qobu elektron ATS binalarına qədər fiber optik rabitə kabellərinin quraşdırılması başa çatdırılıb.

Ümumiyyətlə, Abşeron Telekommunikasiya Qovşağının (TKQ) xidmət ərazisində ümumilikdə fəaliyyətdə (istismarda) olan 21 ədəd şəhər, kənd və qəsəbə EATS-lərinin hamısının birləşdirici xətləri fiber-optik kabellərdən ibarətdir.  Bu barədə “İCTnews” elektron xəbər xidmətinə Abşeron TKQ-nın rəis əvəzi Sahib Əliyev məlumat verib.

Abşeronda fiber-optik kabelləşmə işləri ilə yanaşı, S.Əliyev Masazır qəsəbəsi ərazisində “Qurtuluş-93” adlı yaşayış sahəsində həyata keçirilən “GİPON” pilot layihəsindən də söz açıb: “Bu il ərzində istismara buraxılması nəzərdə tutulan “Qurtuluş-93” yaşayış sahəsi EATS-in binasına qədər FO-24 tipli fiber-optik kabel quraşdırılıb. “Atçılıq” yaşayış sahəsi EATS binasına qədər fiber-optik kabel xətlərinin çəkilməsi üçün telefon kabel-kanalizasiya qurğularının tikintisi işləri davam edir”. 


Həqiqət





07/02/12    Çap et