Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“İpək yolu”nun Azərbaycandan keçən hissəsində müasir poçt və telekommunikasiya şəbəkəsi qurulur


"İpək yolu"nun Azərbaycandan keçən hissəsində müasir poçt şəbəkəsinin yaradılması istiqamətində işlərə start verilib. "Azərpoçt" MMC-dən verilən məlumata görə, burada söhbət Bakı-Qazax istiqamətində yerləşən poçt şöbələrinin daha müasir avadanlıqlarla təchiz edilməklə  istifadəçilərə müasir poçt və telefon danışıq xidmətlərinin göstərilməsindən gedir.

Burada poçt şöbə əməkdaşlarının xarici dil bilikləri də önə çəkilir.
"Azərpoçt"MMC-nin bu xətt üzrə 13 poçt şöbəsi və 4 mübadilə məntəqəsi yerləşir.  

Qeyd edək ki, "İpək yolu"nun üzərində Ucar, Yevlax, Goranboy, Şəmkir PF-nin poçt mübadilə məntəqələri yerləşir. Bu mübadilə məntəqələrində adıçəkilən rayonlarla yanaşı ətraf rayonların da poçt mübadiləsi aparılır.






08/02/12    Çap et