Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

«Elektron auditin tətbiqi şəffaflığın artırılmasına xidmət edir»


Azərbaycanda vergi sistemi təkmilləşdirilir. "İCTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu fikirləri Avropa İttifaqının Azərbaycandakı nümayəndə heyətinin rəhbəri, səfir Rolan Kobia deyib. O, Azərbaycanın güclü vergi sisteminin təkmilləşdirilməsi və təşkil edilməsi ilə bağlı üzərinə götürdüyü öhdəlikləri uğurla yerinə yetirəcəyinə əminliyini ifadə edib.

Kobia vurğulayıb ki, Aİ rəsmi Bakı ilə ölkədə elektron audit sisteminin tətbiqi üzrə işləməyi davam etdirəcək. "Bunun üçün üzərində işlərin davam etdirildiyi hüquqi bazanın formalaşdırılması vacibdir.

Orada dünyada tətbiq olunan ən yaxşı metodlar və təcrübə öz əksini tapacaq". Kobia onu da deyib ki, informasiyaya elektron çıxışın sadələşdirilməsi də vacibdir: "Elektron auditin tətbiqi və vergi yükünün azaldılması, vergitutmanın effektivliyinin artırılması, nağdsız hesablaşmaların genişləndirilməsi korrupsiya ilə mübarizədə şəffaflığın artırılmasına xidmət edir".





SEYMUR




10/02/12    Çap et