Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

"Google" şirkəti ev musiqi sistemini istifadəyə verməyə hazırlaşır


"Google" şirkəti 2012-ci ildə şəxsi brendi altında simsiz ev musiqi sistemini istifadəyə verməyə hazırlaşır. Bu barədə  "Wall Street Journal" və "New York Times" nəşrləri məlumat yayıb.

"Android" mobil platformasında işləyəcək yeni qurğu musiqiləri internetdən ("Google" şirkəti müvafiq onlayn xidmətini keçən il istifadəyə verib) yükləməyə və onu simsiz kolonkalara translyasiya etməyə imkan verəcək.

Sistemin musiqi məzmunundan savayı, həmçinin videonu ötürə biləcəyi güman edilir. Sistemi smartfon və planşet kompyuter vasitəsi ilə idarə etmək mümkün olacaq.







Emil





11/02/12    Çap et