Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Microsoft” səhiyyə sahəsində müəssisə yaradacaq


Avropa Komissiyası Amerikanın “General Electric” (GE) və “Microsoft” korporasiyalarına birgə müəssisə yaratmağa icazə verib.

Avropa Komissiyası dəqiqləşdirib ki, birgə müəssisə həkimlərə kömək üçün tibbi məlumatları, həmçinin analitik informasiyaları toplayacaq, emal edəcək və təhlil edəcək platforma hazırlayır.

“GE” və “Microsoft” korporasiyaları birgə müəssisənin yaradılmasını 2011-ci ilin dekabr ayının əvvəlində elan ediblər. Şirkətlər birgə müəssisənin sərmayəsində bərabər paya malik olacaqlar. “GE” tərəfdən layihədə tibbi avadanlıq bazarında işləyən “GE Healthcare” filialı iştirak edəcək.






EMİL



 





14/02/12    Çap et