Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Huawei” şirkəti dördnüvəli smartfon hazırlayır


"Unwired View.com" saytının məlumatına görə, Çinin "Huawei" şirkəti fevral ayının 26-da, "MWC 2012" tədbirinin rəsmi açılışına bir gün qalmış  Barselonada dördnüvəli prosessorla təchiz edilmiş "Ascend D1 Q" smartfonunu təqdim edəcək.

Aparat "Android 4.0" mobil əməliyyat sistemi ilə işləyəcək.
Bundan əlavə, "Huawei" şirkəti "MWC" sərgisində "MediaPad" planşetinin yeni modelini də təqdim etməyə hazırlaşır. Sələfindən fərqli olaraq, bu qurğunun ekranının diaqonalı 10 düym təşkil edəcək.  
 



EMİL
 
 
 
 





15/02/12    Çap et