Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bu ildən diplomların nömrələri avtomatik müəyyənləşəcək


Bu ildən diplomların nömrələri avtomatik müəyyənləşəcək. Bu barədə “İCTnews” elektron xəbər xidmətinə Təhsil Nazirliyindən məlumat verilib.

Qurumdan qeyd edilib ki, hazırda təhsilin idarə olunmasının məlumat sisteminin (TİMS) daha da təkmilləşdirilməsi üzərində işlər aparılır: ”Şəhadətnamələr, attestatlar bazadan avtomatik verildiyi kimi, bu il də ali məktəbləri bitirəcək tələbələr üçün diplomlar belə olacaq.

Ona görə də hazırda ali məktəbləri bitirəcək tələbələrlə bağlı məlumatlar toplanılır və onların emalı aparılır. Gələcəkdə birinci kursdan etibarən hər bir tələbə üzrə məlumatlar formalaşdırılacaq”.
 


HƏQİQƏT





16/02/12    Çap et