Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Acer” şirkəti 2011-ci ildə 219 milyon dəyərində təmiz zərərə məruz qalıb


Tayvanın iri kompyuter və mobil elektronika istehsalçısı "Acer" şirkəti 2011-ci ildə 6,6 milyard Tayvan dolları (219 milyon dollar) dəyərində təmiz zərərə məruz qalıb.

Bu barədə  şirkət bildirib. Məlumat üçün qeyd edim ki, şirkət 2010-cu ildə 15.1 milyard dollar dəyərində təmiz mənfəət əldə etmişdi.
2011-ci ildə "Acer" şirkətinin mədaxili 2010-cu il ilə müqayisədə 24,4 faiz azalıb.

2011-ci ilin dördüncü rübündə şirkətin təmiz mənfəəti 97,7% azalaraq 0,1 milyard Tayvan dolları (2,4 milyon dollar) təşkil edib. Şirkətin dördüncü rübdə mədaxili 127,7 milyard Tayvan dolları (4,2 milyard dollar) təşkil edib. Bu göstərici isə 2010-cu ilin analoji göstəricisi ilə müqayisədə 14,4% azdır.

"Acer" fərdi kompyuter təchizatçıları arasında liderlər beşliyində yer alır,  lakin şirkətin bazar payı sürətlə azalmağa doğru gedir. Bu, planşet bazarının artması və ucuz noutbuklar bazarındakı durğunluqla bağlıdır.

Belə  tendensiya "Acer" şirkətinin biznesinə ciddi zərər vurub. Şirkətin noutbukları getdikcə daha az satılır. Və şirkət smartfon və planşet seqmentində bu itkiləri kompensasiya edəcək kifayət qədər uğurlu həll təqdim edə bilməyib.
 
EMİL





16/02/12    Çap et