Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Pentaqonun kosmik büdcəsi 2013-cü ildə 22 faiz azaldılacaq


Ağ Evin saytında dərc edilmiş məlumata əsasən, Amerikanın məxfi sayılmayan   hərbi proqramlarının maliyyələşdirilməsi gələn maliyyə ilində 22 faiz azaldılaraq 8 milyard dollar təşkil edəcək.

Məxfi  hərbi kosmik proqramların büdcəsi ənənəvi olaraq dərc edilmir. Pentaqona kosmik proqramları azaltmaq və ya bir  hissəsindən imtina etmək tövsiyə olunub.

Məsələn, buraxılan peyklərin və raket-daşıyıcıların istehsalına sifarişlərin sayını azaltmaq, həmçinin “DWSS” (Defense Weather Satellite System) peyk sisteminin genişləndirilməsindən imtina etmək tövsiyə olunub. ABŞ-ın Hərbi Hava Qüvvələri (HHQ) rəsmi olaraq hələ yanvarın 17-dən bu proqramın reallaşdırılmasından imtina edib.





 
EMİL
 





16/02/12    Çap et