Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yerli operator mobil telefonları enerji ilə təmin etmək üçün xüsusi aparatlar quraşdıracaq


“Bakcell” şirkəti mart ayından başlayaraq Azərbaycanda ilk dəfə mobil telefonların batareyasını enerji ilə təmin etmək üçün xüsusi aparatlar quraşdıracaq. Bu unikal imkandan bütün mobil telefon istifadəçiləri pulsuz yararlana biləcəklər.
 
Hər bir aparatın korpusunda müxtəlif markalı mobil telefonlar üçün 6 ədəd batareya doldurucusu yerləşdirilib. Batareyası sönmüş telefonu yenidən aktiv etmək üçün onu 5-10 dəqiqə aparatda saxlamaq lazımdır. Qeyd edək ki, ilkin olaraq sözügüdən aparatlar paytaxtın 25 nöqtəsində quraşdırılacaq.
 





18/02/12    Çap et