Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Sazz” baza stansiyalarının sayını artırmağa hazırlıq görür


"Sazz" simsiz internet operatorunun şəbəkəsində təkmilləşdirilmə məqsədi ilə texniki tədbirlər görülür.  "İCTnews" elektron xəbər xidmətinin məlumatına görə, sözügedən tədbirlər mövcud şəbəkə daxilində baza stansiyalarının sayının artırılması prosesinə hazırlıq proqramı çərçivəsində nəzərdə tutulub.  Öz növbəsində bu, əhatə dairəsindəki xidmətin keyfiyyətini artırmağa imkan yaradacaq.

Qeyd edək ki, hazırda "SAZZ" şəbəkəsinin əhatə dairəsinə Bakı, Sumqayıt, Xırdalan, eləcə də Mərdəkan, Şağan, Şüvəlan, Qala, Buzovna, Nardaran, Novxanı, Hövsan, Binəqədi, Sahil, Saray, Maştağa və Yeni Suraxanı qəsəbələri daxildir.






 CAHANGİR
 





21/02/12    Çap et