Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Samsung” şirkəti 1 ildən az bir müddətdə 20 milyon “Galaxy S II” “ağıllı” telefonu satıb


“İCTnews” elektron xəbər xidməti “onliner.by” resursuna istinadən xəbər verir ki, “MWC” sərgisinin açılışına 4 gün qalmış “Samsung” şirkəti növbəti nailiyyəti haqqında məlumat verib. Koreya korporasiyası 1 ildən az bir müddətdə  20 milyon “Galaxy S II” “ağıllı” telefonu satıb.

Məlumat üçün bildirim ki, “Samsung” şirkətinin flaqman aparatı 2011-ci ilin aprel ayında satışa çıxarılıb. Şirkət “Galaxy S II” “ağıllı” telefonunun 10 milyon nüsxəsini satmaq üçün cəmi 5 ay müddət sərf edib.

Beləliklə, bazarda xeyli müddət olmasına baxmayaraq, modelə tələbat təxminən eyni səviyyədə qalır.
Modelin texniki xüsusiyyətləri indiyə qədər aktualdır. Smartfon 800×480 piksel təsvir ölçülü 4,3 düymlü “Super AMOLED Plus” ekranı, 1.2 QHz takt tezlikli ikinüvəli “Samsung” çipi, 8 meqapiksel və 2 meqapikselli kamera, “NFC” şipi və jiroskopla təchiz olunub. Tezliklə modeli “Android 4.0” əməliyyat sisteminə kimi yeniləmək mümkün olacaq.
 
EMİL





23/02/12    Çap et