12px13px15px17px
Tarix:24/02/12

“Apple” şirkəti “Chomp” axtarış startapını satın alıb

“İCTnews” elektron xəbər xidməti “ria.ru” resursuna istinadən xəbər verir ki, Amerikanın iri kompyuter və portativ elektronika istehsalçısı “Apple” şirkəti mobil əlavələr üzrə axtarış alqoritmlərinin hazırlanmasında ixtisaslaşdırılmış  “Chomp Inc” startapının satın alınmasına 50 milyon dollar xərcləyib. Bu barədə “Bloomberg” agentliyi məlumat verib.

“Apple App Store” əlavələr mağazası axtarış mexanizmindəki problemlərə görə tez-tez tənqid olunur: janr üzrə oxşar əlavələri tapmaq çətindir,- “Bloomberg” yazıb. “Chomp Inc” startapının hazırladığı proqram təminatı “Apple” mağazasındakı standart axtarış sistemləri ilə müqayisədə axtarış nəticələrini daha dəqiq təmin edir.

Hazırda “Apple” şirkətinin mobil əlavələr mağazasında 550 mindən çox proqram yerləşir və yükləmələrin ümumi sayı 25 milyarda yaxınlaşır. Məlumat üçün bildirim ki, şirkət 2011-ci ildə 89.26 milyon smartfon sataraq dünyada ən böyük smartfon satıcısı olub. Həmçinin planşet bazarında da liderlik edir.


 
EMİL




Baxış sayı: 1138

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Aprel 2024

22 04 2024