12px13px15px17px
Tarix:24/02/12

Misir Mərdanov: «Şagirdlərin yeni informasiya texnologiyalarından bəhrələnməsi üçün geniş imkanlar yaradılıb»

«Azərbaycanda  təhsil sahəsində aparılan islahatların, ümumi təhsil müəssisələrində tətbiq olunan kurrikulumların yeni düşüncəli, geniş dünyagörüşlü gənclərin yetişdirilməsinə xidmət etdiyini, şagirdlərin tədqiqat aparması və  yeni informasiya texnologiyalarından bəhrələnməsi üçün geniş imkanlar yaradılıb».

Bu sözləri təhsil naziri Misir Mərdanov söyləyib. Nazir bildirib ki, ölkəmizin bir sıra orta ümumi təhsil müəssisələrində fəaliyyət göstərən kiçik akademiyalar şagirdləri məktəb illərindən elmi-tədqiqatlara cəlb edərək onları yeni elmi axtarışlara sövq edir.

"İCTnews" elektron xəbər xidmətinin məlumatına görə, "Sabahın alimləri" Respublika müsabiqəsinin açılışında M.Mərdanov deyib ki, müsabiqəyə təqdim olunmuş 47 elmi layihədən 18-i kollektiv, 29-u isə fərdi şəkildə hazırlanıb.

Şagirdlərin elmi layihələrinin riyaziyyat, fizika, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya, mühəndislik, kompyuter elmləri kateqoriyaları üzrə qiymətləndiriləcəyini söyləyən Misir Mərdanov müsabiqəyə yalnız yeni elmi ideyası, eksperimentin, mühəndis layihəsinin texniki təsviri, innovativ kompyuter proqramı vasitəsilə tərtib olunmuş layihələrin qəbul edildiyini vurğulayıb.


SEYMUR




Baxış sayı: 1285

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024