12px13px15px17px
Tarix:27/02/12

Bu gün mobil texnologiyalara həsr edilmiş ən böyük sərgi-konfrans öz işinə başlayır

Bu gündən  İspaniyanın Barselona şəhərində işə başlayan "GSMA Mobile World Congress 2012" sərgi-konfransı mart ayının 1-nə qədər davam edəcək. Tədbir mobil texnologiyalara həsr edilmiş ən böyük sərgi-konfransdır.

 Tədbir "Fira Montjuïc" sərgi mərkəzində Ümumdünya GSM Assosiasiyasının təşkilatçılığı ilə keçirilir. Sərginin ekspozisiyasını  mobil innovasiyalar, mobil əlavələrin hazırlanması, açıq mobil sistemlər, mobil internet və əyləncə bölmələri təşkil edir.

Sərgi-konfransda "Vodafone", "Microsoft", "Orange", "China Mobile", "T-Mobile", "Telefonica Moviles", "Ericsson", "Motorola" və bir çox digər nəhəng İT şirkətlərinin iştirak edəcəyi gözlənilir. 

 Qeyd edək ki, sərgi-konfrans yalnız texnoloji yeniliklərin və son nailiyyətlərin nümayişi ilə məhdudlaşmır. "GSMA Mobile World Congress 2012" çərçivəsində sahə üzrə seminarlar, forumlar və sessiyalar çərçivəsində mobil texnologiyalar sahəsində olan problemlər və perspektivlər müzakirə predmeti olacaq.
 
CAHANGİR




Baxış sayı: 1187

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024