12px13px15px17px
Tarix:27/02/12

"Rabitə"nin taleyi serbiyalıya tapşırılıb

Qadın voleybolçular arasında Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunlarını idarə edəcək referilərin adları açıqlanıb. İlk matçda “Dinamo”ya (Rusiya, Kazan) 1:3 hesabı ilə uduzan “Azərreyl”in oyunda baş hakim funksiyasını belçikalı Arturo di Giakomo yerinə yetirəcək. Bakı İdman Sarayında baş tutacaq görüşdə ona Aleksandros Varthalitis (Yunanıstan) kömək edəcək.

“Rabitə”nin “Fənərbaxça” (Türkiyə) ilə səfər matçında ədaləti qorumaq isə serbiyalı Lyubomir Kovaçeviçlə italiyalı Vittorio Sampaolo cütünə tapşırılıb.
Qeyd edək ki, “Rabitə” də ilk oyunda uduzub (0:3). İstanbuldakı görüş isə fevralın 29-da olacaq.





GÜLNAR
 




Baxış sayı: 825

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024