12px13px15px17px
Tarix:27/02/12

Səhiyyə Nazirliyinin elektron sistemində milyon yarım uşaq qeydiyyata düşüb

Azərbaycanda hazırda 18 yaşına qədər olan milyon yarım uşaq Səhiyyə Nazirliyinin elektron sistemində qeydiyyata düşüb. Bu barədə “İCTnews” elektron xəbər xidmətinə Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin direktoru Cəbrayıl Əsədzadə məlumat verib. Onun sözlərinə görə, Səhiyyə Nazirliyi tərəfindən tətbiq olunan “Vətəndaşların elektron sağlamlıq kartı” (VESKS) “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı (Elektron Azərbaycan)” çərçivəsində başlayıb və hazırda onun tətbiqi mərhələlərlə həyata keçirilir: “Bu, müasir standartlara uyğun informasiya sistemidir.

Elektron informasiya sistemi ilkin mərhələdə uşaq kontingentinə xidmət edən tibb müəssisələrini əhatə edir. Buraya respublikada fəaliyyət göstərən bütün doğum evləri və şöbələri, uşaq poliklinikaları, eləcə də xəstəxanaları aiddir.

Sistemin iştirakçısı olan doğum evlərində və ya xəstəxanaların doğum şöbələrində yenidoğulmuşların ilkin qeydiyyatı aparılaraq, məlumatlar sistemə daxil edilir”. Mərkəz direktoru deyib ki, hazırda respublikanın şəhər və rayonlarında ilkin mərhələdə nəzərdə tutulan bütün tibb müəssisələrinin sistemə qoşulması yekunlaşıb:  ”Bu günə təxminən 400 tibb müəssisəsi informasiya sisteminə qoşulub. Bu say getdikcə artır”.


HƏQİQƏT




Baxış sayı: 2756

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024