12px13px15px17px
Tarix:27/02/12

“GoMap.Az” saytı yeniliklər təqdim edib

"İCTnews" elektron xəbər xidmətinin məlumatına görə, "GoMap" elektron xəritəsinin saytında (www.gomap.az) yeni funksionallar istifadəyə verilib.
 
"API GoMap.Az"
 
Bu funksionalın köməyi ilə internet saytlar yaradan istifadəçilər, "GoMap" xəritəsini öz saytlarında istifadə edə bilərlər. İstifadə qaydalarına buradan baxmaq olar:
http://gomap.az/Info/api/Index.aspx?lng=az
 
Yardım
 

Bu funksionalın köməyi ilə istifadəçilər "GoMap.Az" saytından istifadə qaydaları haqda videotəlimatlara baxa bilərlər. Bu funksionaldan  "http://gomap.az/Info/Help/mainPage.aspx?lng=az" linki vasitəsilə istifadə etmək mümkündür.
 
360
 
"GoMap.Az" xəritəsində olan obyektlərə "360 görüntü"lərin yüklənməsinə start verilib. Artıq bir sıra obyektlərin 360 görüntüsünü "GoMap.Az" xəritəsi üzərindən izləmək olar.
 
 Seçilmiş obyektlər
 
Bu funksionalın köməyi ilə istifadəçilər "GoMap.Az" xəritəsində olan obyektləri (həm ayrı-ayrılıqda, həm də siyahı ilə) qeyd edib, bu obyektlər əks olunan xəritələr tərtib edə bilərlər.
 
Şəhərlər
 
İndi istifadəçilər buradan "http://gomap.az/Info/Cities/Index.aspx" Azərbaycanın şəhərləri haqda dolğun məlumatlar ala bilərlər.
 
CAHANGİR




Baxış sayı: 1507

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024