12px13px15px17px
Tarix:27/02/12

Smartfon və planşet istehsalçıları bu gün yeniliklərini təqdim edəcəklər

“İCTnews” elektron xəbər xidməti “ria.ru” resursuna istinadən xəbər verir ki, smartfon və planşet kompyuter istehsalçıları yeniliklərini hər il keçirilən “Mobile World Congress” (MWC) sərgisində təqdim edəcəklər. Məlumat üçün qeyd edim, sərgi öz işinə bu gün başlayır.

Konfransda “Apple” korporasiyası istisna olmaqla, mobil texnika bazarında olan bütün əsas “oyunçu”lar iştirak edəcəklər.

Bu il keçirilən forumun trendlərindən biri mobil texnikaya dördnüvəli prosessorların tətbiq edilməsi ola bilər. Artıq “LG” şirkəti öz ilk dördnüvəli smartfonunu təqdim edib.

Sərgidə, həmçinin “Windows 8” əməliyyat sisteminin (ƏS) beta-versiyası təqdim ediləcək. “Microsoft” korporasiyasının yeni məhsulu mobil texnika ilə əlaqəlidir: belə ki, “Windows 8” ƏS-i yalnız fərdi kompyuterlər üçün deyil, həm də “ARM” prosessorlar olan planşetlər üçün hazırlanır.
Sərgi mart ayının 1-i tarixində işini bitirəcək.
 
EMİL
 




Baxış sayı: 1329

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024