12px13px15px17px
Tarix:28/02/12

Büdcənin tərtibi və analizi elektronlaşdırılacaq

Maliyyə Nazirliyi ölkənin bir sıra rayonlarında xəzinədarlığı elektron sistemə keçirib. Bu barədə "İCTnews" elektron xəbər xidmətinə Maliyyə Nazirliyinin Müasir texnologiyalar və avtomatlaşdırılmış idarəetmə sistemləri şöbəsinin müdiri Ülfət Göyüşov məlumat verib.

Onun sözlərinə görə, bu sistemə iki ildir ki, keçilsə də, amma hələlik respublikanın bütün rayonlarını tam əhatə etməyib: «Bu sistem Bakının rayonlarında işləyir. Bundan başqa, Gəncədə və Xacmazda da qurulub və fəaliyyət göstərir».

Ü.Göyüşov əlavə edib ki, Maliyyə Nazirliyi büdcənin tərtibini və analizini də  elektron sistemə keçirmək istəyir: «Eyni zamanda nazirliyin arxivini də tamamilə elektron şəklə salmağı planlaşdırırıq. Bununla bağlı tapşırıq verilib və artıq müəyyən işlər görülməyə başlanıb».




Seymur




Baxış sayı: 1114

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Aprel 2024

22 04 2024