12px13px15px17px
Tarix:29/02/12

“Dell” özünü İT-şirkət kimi qələmə verir

“İCTnews” elektron xəbər xidməti xəbər verir ki, “Dell” korporasiyası bundan sonra personal kompyuterlərin (PK) istehsalını və satışını başlıca biznes hesab etmir. Şirkətin korporativ həllər istehsalı üzrə bölməsinin prezidenti Bred Anderson bildirib ki, “Dell” daha “PK-şirkət” yox, “İT-şirkətdir”.

“Dell” biznesinin strukturuna əhəmiyyətli dəyişikliklər edir. İndi bu, parlayan sistemlərin deyil, İT-həllərin buraxılışıdır”, - o əlavə edib.

Şirkətin mövqeyini “Dell”-in rəhbəri Maykl Dell də təsdiq edib. “Dell” əslində PK-şirkət deyil. Bu, müştərilərinin tələbatını həqiqətən başa düşərək əvvəldən axıradək İT-həllər təklif edən şirkətdir”, - korporasiya rəhbəri qeyd edib.  

Cnews”-un yazdığına görə, bir vaxtlar nəhəng PK istehsalçısı olan və mövqeyini “HP”-yə verən “Dell”-in istəyi “HP” kimi kompyuter biznesindən uzaqlaşması başa düşüləndir. Analitiklər “personal kompyuterlərdən sonrakı” dövrə daxil olan ənənəvi kompyuter bazarının gələcəyi barədə nikbin olmayan proqnozlar verirlər.




Baxış sayı: 809

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024