12px13px15px17px
Tarix:29/02/12

"Kasperski Laboratoriyası" “Android” planşetləri üçün antivirus təqdim edib

“İCTnews” elektron xəbər xidməti xəbər verir ki, Rusiyanın "Kasperski Laboratoriyası" (KL) antivirus şirkəti Barselonada keçirilən “Mobile World Congress 2012” (MWC) konfransında “Android” platforması ilə işləyən planşet kompyuterləri üçün “Kaspersky Tablet Security” adlı antivirus əlavəsi təqdim edib. Bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

Məlumat üçün bildirim ki, 2011-ci ildə “Android” ziyanverici proqram müəllifləri arasında ən məşhur mobil platforma olub. "KL"-in məlumatına görə, 2011-ci ilin dekabr ayında mobil qurğular üçün yaradılmış ziyanverici proqramların sayı 6,4 mini ötüb. Bu halda ziyanverici proqramların təxminən 65%-i “Android”-in payına düşür.

“Kaspersky Tablet Security” tərkibinə antivirus, veb filter, həmçinin "Анти-Вор" əlavəsi daxildir. Antivirus “Android” platforması üçün ziyanverici əlavələrin aşkar edilməsi və silinməsini təmin edir; veb-filter ziyanverici bağlantıları aşkar edir və istifadəçi həmin bağlantılara keçid etmək istədikdə onu xəbərdar edir,- "Anti-Вор" əlavəsi planşetin oğurlanması və ya itməsi halında məlumatları kənar şəxslər üçün əlçatmaz edir, həmçinin cinayətkarı izləmək imkanı yaradır.

Hərçənd ki, belə funksiyalar mobil qurğular üçün yaradılmış digər antivirus proqramlarında da var, lakin “Kaspersky Tablet Security” məhz “Android” planşetlər üçün yaradılmış ilk antiviruslardan biridir.
 
EMİL




Baxış sayı: 1640

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024