12px13px15px17px
Tarix:29/02/12

Elektron xidmətlər vergi bəyannamələrinin vaxtında verilməsini sürətləndirib

Elektron xidmətlər vergi bəyannamələrinin vaxtında verilməsini sürətləndirib. Ümumiyyətlə, vergilər sahəsində ən vacib islahatlardan olan elektron sistemin tətbiqindən sonra 1,5 milyon bəyannamə, 1,2 hesab-faktura vergi orqanlarına elektron şəkildə təqdim edilib.

Bununla da ümumilikdə 20 ton kagıza qənaət olunub. “İCTnews” elektron xəbər xidmətinə Vergilər Nazirliyindən bildirilib ki, hazırda nazirlik tərəfindən aparılan vergi siyasətinin başlıca prinsiplərindən biri vergilərin könüllü ödənilməsi səviyyəsini yükəltməkdir. Vergi ödəyicilərinin vergi qanunvericiliyinə könüllü əməl etməsinin ilkin şərti isə bəyannamə və hesabatların vergi orqanlarına vaxtında təqdim edilməsidir.

Bunun üçün davamlı, məqsədyönlü tədbirləri davam etdirən nazirlik tərəfindən 2007-ci ildən bəyannamələrin elektron qaydada təqdiminə şərait yaradılıb. 2009-cu ildən etibarən isə ödəyicilər sadələşdirilmiş vergi bəyannaməsinin onlayn rejimdə vergi orqanlarına təqdim edilməsi imkanı qazanıblar: ”Görülmüş işlər nəticəsində bəyannamələrin vaxtında, eyni zamanda, elektron formada təqdim olunması səviyyəsi yüksəlib.

Bəyannamələrin vergi orqanlarına vaxtında təqdim edilməsi üçün yerli vergi orqanlarına lazımi metodiki köməklik göstərilib, vergi ödəyiciləri ilə görüşlər, seminarlar təşkil edilib, televiziya kanallarında xatırlatma xarakterli reklam çarxları, mətbuatda elanlar yerləşdirilib”. Bundan başqa, nazirliyin rəsmi internet səhifəsində (http://www.taxes.gov.az) yeni bəyannamə formaları yerləşdirilib.

Bu ilin yanvar ayı ərzində vergi ödəyiciləri təqdim edilməli bəyannamələrlə bağlı nazirliyin “195” saylı telefon-məlumat xidməti tərəfindən 91.738 mesaj alıblar. Göndərilən mesajlardan 3837-si səsli,  87.901-i isə SMS məlumatlandırmanın payına düşür.

Nazirliyin apardığı təhlillərə görə, bununla da ötən ilin müvafiq dövrü ilə müqayisədə mesaj göndərilməklə məlumatlandırılmış vergi ödəyicilərinin sayı 2,6 dəfə artıb. Bundan başqa, ötən müddətdə qurumun telefon-məlumat xidməti tərəfindən 35.493 müraciət cavablandırılıb.

Müraciətlərin cavablandırıma formasına gəlincə, birbaşa əlaqə zamanı müfəttiş-operatorlar tərəfindən 19.839, elektron operator tərəfindən isə 16.104 müraciət cavablandırılıb. Beləliklə, 2011-ci ilin müvafiq dövrü ilə birbaşa əlaqə zamanı müfəttiş-operatorlar tərəfindən cavablandırılan müraciətlərin 27,7 faiz artması müşahidə edilir.

HƏQİQƏT




Baxış sayı: 681

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






01 İyun 2020

31 05 2020

31/05/20
Görkəmli Azərbaycan aktrisası Leyla Bədirbəylinin anadan olmasının 100 illiyi münasibətilə poçt markası buraxıldı

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərmarka” MMC tə

31/05/20
“Xiaomi” şirkəti “6G” şəbəkəsinin sınaqlarına başlayıb

Çinin “Xiaomi” korporasiyası altıncı nəsil şəbəkəsinin ilkin sınaqlarına başlayıb. Bu haqda "Sinxua" xəbə

31/05/20
“Samsung Galaxy Watch Active 2” rəsmi olaraq tibbi cihaz statusu əldə edib

Hər il 16 milyondan çox insan insult keçirir. Elektrokardioqrama (EKQ) və qan təzyiqinə daimi nəzarət ürə

31/05/20
“LG” şirkətinin 48 düymlük ilk “4K OLED” televizoru nə vaxt satışa çıxarılacaq?

“LG” şirkəti 48 düym diaqonallı ilk “4K OLED” televizorun ABŞ-da satışa çıxarılma vaxtını açıqlayıb.<

31/05/20
İsveçdə ilk “5G” şəbəkəsi işə salınıb

“Tele2” telekommunikasiya şirkəti mayın 24-də İsveçdə ilk beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) isti

31/05/20
“IDC”: fərdi kompüter bazarı yalnız gələn il bərpa olunacaq

“International Data Corporation” (IDC) analitik şirkətinin analitikləri hesab edirlər ki, qlobal fərdi ko

31/05/20
Ən populyar smartfon açıqlanıb

“iPhone 11” 2020-ci ilin birinci rübünün yekunları üzrə ən populyar smartfon seçilib. Bu barədə “9t

31/05/20
“Android” sistemində aşkar edilmiş boşluq milyardlarla qurğunun təhlükəsizliyinə təhdiddir

Vaxtaşırı populyar əməliyyat sistemlərində aşkar edilmiş boşluqlar haqqında məlumatlar yayılır. Bu baxımd

31/05/20
“Microsoft” jurnalistləri robotlarla əvəzləyəcək

“Microsoft” korporasiyasının “MSN” portalında çalışan onlarla jurnalist robotlarla əvəzlənəcək.