12px13px15px17px
Tarix:01/03/12

Abşeronda müasir standartlara uyğun yeni Rabitə evləri tikilib

Abşeronun  kənd və qəsəbələrində əhaliyə daha geniş xidmətlər təqdim etmək, onları maraqlandıran əlavə xidmətlərin yaradılması üçün rayon poçtamtı tərəfindən Rabitə evlərinin yaradılması layihəsi uğurla reallaşdırılıb. Bu barədə poçtamtdan “İCTnews” elektron xəbər xidmətinə verilən məlumatda bildirilir.

Belə ki, aparılan davamlı işlər nəticəsində 1 saylı Mehdiabad, 2 saylı Mehdiabad, 1 saylı Xırdalan, 2 saylı Xırdalan, 2 saylı Saray, Ceyranbatan Rabitə evləri tikilərək sakinlərin istifadəsinə verilib. Bu istiqamətdə görülən tədbirlərin tərkib hissəsi olaraq rayonun Mexaniki Dəstə adlandırılan yaşayış massivində yeni Rabitə evi tikilərək istifadəyə verilib.

 Poçt şöbələri və Rabitə evləri yeni mebellərlə, kompyuter avadanlıqları ilə təmin edilib. Müasir Rabitə evlərində əhaliyə bütün ənənəvi və qeyri-ənənəvi xidmətlərlə yanaşı, internet xidmətləri də göstərilir.



RƏVAN




Baxış sayı: 1163

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024