12px13px15px17px
Tarix:01/03/12

“AMD” şirkəti “SeaMicro” server istehsalçısını satın alıb

“İCTnews” elektron xəbər xidməti xəbər verir ki, dünyanın ikinci ən böyük prosessor istehsalçısı olan “Advanced Micro Devices” (AMD) “SeaMicro” server istehsalçısını 334 milyon dollara satın alması haqqında məlumat verib. Analitiklər “AMD” şirkətinin bu addımını gözlənilməz adlandırıblar.

Belə ki, “SeaMicro” şirkəti “İntel” korporasiyasının partnyoru idi və “Atom” çipləri əsasında mikroserverlər hazırlayırdı.“SeaMicro” şirkəti Silikon vadisinin kiçik “oyunçu”sudur. 80 işçisi var.

“AMD” şirkətindən bildiriblər ki, alınmış şirkətin baş direktoru Endryu Feldman “AMD Data Center Server Solutions Group” bölməsinin rəhbəri olacaq. “AMD” şirkətinin planlarına, həmçinin serverlərin “SeaMicro” brendi altında satışı daxildir.
 




EMİL




Baxış sayı: 967

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024