12px13px15px17px
Tarix:01/03/12

YAP-ın rayon və şəhər təşkilatları sədrlərinin İT üzrə bilikləri təkmilləşdirilir

29 fevral tarixində Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin rayon və şəhər təşkilatları sədrlərinin informasiya texnologiyaları üzrə biliklərinin təkmilləşdirilməsi istiqamətində ikigünlük seminar öz işinə başlayıb.

“İCTnews” elektron xəbər xidməti partiyanın rəsmi saytına istinadən məlumat verir ki, seminar üç müxtəlif qrupda reallaşır. Tədbir çərçivəsində gənclər rəqəmsal dünyanın yeni nailiyyətlərini daha dərindən mənimsəmək, sosial şəbəkələrdə fəaliyyəti səmərəli şəkildə qurmaq, elektron ünsiyyəti intensivləşdirmək və s. bağlı təcrübə qazanırlar.

 Qeyd edək ki, “I” qrup İKT texniki seminarında sosial şəbəkələrdən istifadə qaydaları, üsulları, həmçinin elektron ünsiyyətin intensivləşdirilməsi metodlarından bəhs olunub. Müşavirə iştirakçılarına bəhs olunan məsələlərlə bağlı praktik surətdə informasiyalar çatdırılıb.

 «II» qrup İKT nəzəri seminarında da gənclərə öz təcrübələrini artırmaq üçün treninq keçirilib.
 “III” qrup İKT ideoloji seminarında isə YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı ideoloji məsələlər ətrafında elmi-praktik səciyyəli mühazirə ilə çıxış edib.

YAP İcra katibinin müavini ümumi ideoloji məsələlərlə bağlı məlumat verib, müstəqillik dövründə ölkəmizin qarşısında duran fundamental vəzifələrdən bəhs edib. Müstəqilliyin ilk illərində milli dövlət quruculuğu istiqamətində müəyyənləşdirilmiş vəzifələrdən, onların həyata keçirilməsi yönündə atılan addımlardan, problemlərdən, reallıqlardan və ideoloji məsələlərdən söz açılıb.

Həmçinin, ideoloji məsələlər çərçivəsində müasir beynəlxalq münasibətlər sisteminin reallıqlarından, başlıca tendensiyalarından və perspektiv inkişaf istiqamətlərindən bəhs olunub. Eyni zamanda, müasir, müstəqil Azərbaycan Respublikasının həyata keçirdiyi rasional daxili və xarici siyasət kursunun fonunda ideoloji oriyentasiyalar və məsələlərə dair fikirlər seminar iştirakçılarının diqqətinə çatdırılıb. Qeyd edək ki, seminar bu gün öz işini yekunlaşdıracaq.


CAHANGİR




Baxış sayı: 846

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024