12px13px15px17px
Tarix:01/03/12

Axtarış nəhəngi ABŞ və Avropanı saymadı

"İCTnews" elektron xəbər xidməti xəbər verir ki, "Google" internet şirkəti etirazlara baxmayaraq, bütün xidmətləri  üçün vahid qaydalar sistemini istifadəyə verib.

Belə ki, "Google" korporasiyasının bütün məhsulları bu vaxta qədər müxtəlif  istifadə qaydaları və təhlükəsizlik siyasətinə malik olublar. Hazırda istifadəyə verilmiş yeni siyasət nəticəsində "Google" şirkətinin bütün xidmətləri istifadəçi üçün vahid böyük informasiya anbarına çevrilir.

Məsələn, "Gmail" elektron poçt xidmətində qeydiyyatdan keçmiş istifadəçi avtomatik olaraq digər xidmətlərin (məsələn, "Google+") də istifadəçisi olur. Beləliklə, "Google" şirkəti "Google+" sosial şəbəkəsindəki istifadəçiyə hədəflənmiş reklam (bu reklam istifadəçinin "Gmail" xidmətindəki məktublarının məzmunu və ya axtarış nəticələrinə əsaslanacaq) göstərmək hüququ əldə edir.

Şirkətdən bildiriblər ki, bu cür mexanizm hamı üçün əlverişlidir. Belə ki, həm şirkətlər, həm də istifadəçilər münasib informasiyalı  reklam görəcəklər.

 
EMİL




Baxış sayı: 849

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024