12px13px15px17px
Tarix:02/03/12

“Windows XP” əməliyyat sisteminin populyarlığı sürətlə azalmağa başlayıb

“İCTnews” elektron xəbər xidməti xəbər verir ki, “Net Applications” analitik şirkəti əməliyyat sistemləri bazarı ilə bağlı yeni statistik məlumatlar dərc edib. “Net Applications” şirkətinin məlumatına əsasən, “Windows XP” əməliyyat sisteminin (ƏS) bazar payı əhəmiyyətli dərəcədə azalıb.

Hazırda istehlakçılar “Microsoft” korporasiyasının “Windows 7” ƏS-nə üstünlük verirlər. Məlumat üçün bildirim ki, “Windows 7” ƏS-i bazar payına görə hələ 2011-ci ilin iyun ayında irəli çıxmışdı.

“Net Applications” şirkətinin məlumatına əsasən, 2012-ci ilin fevral ayında “Windows XP” ƏS-nin payı 1,8% azalıb və hazırda onun bazar payı 45,4% təşkil edir.

“Windows 7” ƏS-nin bazar payı isə əksinə, artır. Məsələn, son ay ərzində bu ƏS-nin payı 1,7% artıb və fevral ayını 38,1% göstərici ilə bitirib.

Uğursuz “Windows Vista” ƏS-nin payı fevral ayında 0,1% azalıb və hazırda bu ƏS-nin bazar payı 8,1% təşkil edir. Bütövlükdə, stolüstü ƏS-i arasında “Windows”-un payı 91,9% təşkil edir. Qeyd edim ki, bu göstərici yanvar ayı ilə müqayisədə 0,2% azalıb.

 
EMİL




Baxış sayı: 869

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024