12px13px15px17px
Tarix:02/03/12

“Nokia” şirkətinin 41 meqapikselli smartfonu ən yaxşı qurğu adlandırılıb

“İCTnews” elektron xəbər xidməti xəbər verir ki, “Nokia” şirkətinin 41 meqapikselli kamera ilə təchiz edilmiş “808 PureView” smartfonu Barselonada keçirilən “MWC 2012” sərgisində ən yaxşı qurğu adlandırılıb. Nüfuzlu analitik və jurnalistlərdən ibarət olan münsiflər heyəti belə qərara gəlib.

Finlandiya şirkətinin nümayəndələri mükafata görə münsiflər heyətinə təşəkkür edib və bildiriblər ki, “Nokia” şirkəti bir sıra sürprizlər hazırlayır.

Məlumat üçün bildirim ki, “808 PureView” smartfonu fevral ayının 27-də  Barselonada keçirilən “MWC” sərgisində təqdim edilib. Qurğu “Nokia Belle” əməliyyat sistemi ilə işləyir, 1,3 QHs takt tezlikli birnüvəli prosessor, 360×640 piksel təsvir ölçülü 4 düymlü ekran, 512 MB əməli yaddaş, 16 QB tutuma malik daşıyıcı, “microSD” slotu, akselerometr, 1400 milliamper/saat tutumlu akkumulyator, “NFC”, “Bluetooth 3.0”, “GPS” və “Wi-Fi” modulları ilə təchiz olunub, həmçinin “HDMI” və “DLNA” texnologiyalarını dəstəkləyir.
Qurğu yazda satışa çıxarılacaq. Qiyməti 450 avro təşkil edir.

 
EMİL
 




Baxış sayı: 619

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 May 2020

24 05 2020