12px13px15px17px
Tarix:02/03/12

“Azercell” jurnalistləri sevindirəcək

Media nümayəndələri ilə əlaqələrə daim xüsusi önəm verən “Azercell” jurnalistləri sevindirəcək növbəti addım atıb. Bu dəfə “Mediacell” ailəsi üzvlərinə 1Gb-lıq internet paketi hədiyyə olunur.

Bu gündən etibarən bütün “Mediacell” abonentləri 1Gb-lıq paketdən pulsuz yararlana biləcəklər. Hətta abonent digər mobil internet paketinə üzvdürsə, o, avtomatik olaraq 1Gb-lıq paketə keçiriləcək. Lakin “Mediacell” nümayəndəsi hədiyyə olunan 1Gb-lıq paketdən artıq həcmdə internetdən istifadə edərsə, onda işlədilən hər 1 Mb üçün 1 qəpik tarif hesablanır.

Ancaq hədiyyələr bununla bitmir. “Mediacell” abonentinin son faktura dövründə istifadə etdiyi internetin dəyəri də balansdan tutulmayacaq.

“Mediacell”ilər digər mobil internet paketlərindən yararlana bilərlər. Lakin bu zaman onların balansından seçilən paketə müvafiq ödəniş tutulacaq.

“Mediacell” tarif paketi KİV nümayəndələrinin istəyi nəticəsində yaradılıb. “Azercell Telekom” MMC rəhbərliyi daim bu tarif paketinə müxtəlif güzəştlər tətbiq edir. Şirkət prezidenti Ali Ağan jurnalistlərlə son görüşündə mətbuat nümayəndələrini yeni sürprizlər gözlədiyini açıqlamışdı.




Baxış sayı: 823

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024