12px13px15px17px
Tarix:03/03/12

“Bakcell” "Azərekspresspoçt" MMC ilə əməkdaşlığa başlayıb

"Azərekspresspoçt" rabitə müəssisəsi yeni xidmət növlərini – göndərişlərin poçt rüsumunun sifarişçi tərəfindən ödənilməsi xidməti, elektron ticarət xidməti və ödəmə şərtli EMS xidmətini müştərilərə təklif etməklə bu sahədə rəqabəti daha da artırıb.

"Azərekspresspoçt" RM-in rəisi Eldar Tağıyev "İCTnews" elektron xəbər xidmətinə bu barədə geniş açıqlama verib. Onun sözlərinə görə, göndərişlərin poçt rüsumunun sifarişçi tərəfindən ödənilməsi xidməti ölkəmizdə yerləşən sifarişçinin sifarişinə əsasən respublikanın istənilən ünvanında qəbul edərək respublikanın və dünyanın istənilən nöqtəsinə çatdırılmasını nəzərdə tutur.

Bu halda xidmətə görə ödəniş sifarişçi tərəfindən həyata keçirilir. Elektron ticarət xidmətinin mahiyyəti ondan ibarətdir ki, müştərilər öz evlərindən və ya ofislərindən kənara çıxmayaraq, "Azərekspresspoçt" RM-in internet saytındakı (www.azems.az) "e-ticarət" səhifəsinə daxil olub, bu səhifədə yerləşdirilmiş internet-mağazaların korporativ saytlarından arzu etdikləri mal-məhsulları seçə, müxtəlif üsullarla ödənişlər edə və seçdikləri mal-məhsulların "Azərekspresspoçt"un unikal beynəlxalq və daxili EMS şəbəkəsi vasitəsi ilə Azərbaycandakı istənilən ünvana ən qısa zamanda, ən aşağı qiymətlərlə etibarlı və təminatlı çatdırılmasını sifariş verə bilərlər.

Yalnız Azərbaycan daxilində həyata keçirilən ödəmə şərtli EMS xidmətinə əsasən "Azərekspresspoçt" poçt göndərişi vasitəsilə göndərilən malın pulunu ünvançıdan alaraq göndəriciyə çatdırır. Bu yeni xidmət növlərindən artıq "Bakcell", "MBI TECH" MMC və s. müştərilər istifadə edirlər. Qeyd edək ki, müəssisə banklarla da əməkdaşlığa başlayır.



Baxış sayı: 1534

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024