12px13px15px17px
Tarix:03/03/12

Bir kompyuterin köməyi ilə 100-lərlə kompyuter yaratmaq mümkün oldu

"Artıq bir kompyuterin köməyi ilə 100-lərlə kompyuter yaratmaq mümkündür. Bu imkanları istifadəçilərə "NComputing L300" kompyuter əvəzləyicisi verir".

Bu barədə "İCTnews" elektron xəbər xidmətinə cihazın Azərbaycan üzrə rəsmi distribütoru olan "KÜR" Elektron Avadanlıqları İstehsalı müəssisəsinin direktoru Rizvan Osmanov bildirib: "Yeni model "L300" giriş cihazı da daxil olmaq üzrə L-ardıcıllığı giriş cihazları daxil səviyyəsindəki kompyuterlərdən yarı-yarıya daha ucuzdur. Gətirdiyi qənaət üstünlükləri isə daha çoxdur. Hərəkətli parça və ya lokal yığma sahəsi olmadan baxım xərcləri azalır. Çünki yalnız paylaşılan kompyuterlərinizin baxıma ehtiyacı var. "Ncomputing"in yeni modeli "L300" ilə DVD keyfiyyətində video izləmək, toxunulmaz monitor, "ağıllı" taxta və funksional USB dəstəyi imkanlarına malikdir. Bütün ofis proqramları, qrafik tətbiqləri və e-mail, internet səhifələri və bir çox tətbiqin ayrı kompyuterdə də istifadəsini təmin edir".

Müəssisə rəhbəri bildirib ki, birdən çox kompyuterin istifadəsi şirkətlər, təhsil müəssisələri, xəstəxanalar, dövlət qurumları və ev şəraitində olan itifadəçilər üçün ideal həldir: "Bununla yeniləmə xərcləri və rəhbərlik çətinlikləri aradan qalxır. Həm də cihaz digər kompyuter sistemlərinə görə 80 faiz daha ucuzdur. Bundan başqa, bir kitabın yarısı qədər ölçüsündə kiçik L-ardıcıllığı giriş cihazları daha az güc istehlak edir, daha az istilik verir, daha az e-tullantıya səbəb olur və heç səs çıxarmır".

L300 ardıcıllığının digər xüsusiyyətlərinə gəlincə, bir kompyuteri maksimum 100 istifadəçi ilə paylaşmaq mümkündür. Virtuallaşdırma ilə bu ədədi 100 - 200 - 300 və daha çox istifadəçi sayına qədər artırmaq olar. Cihaz aşağı xərc üstünlüyü, qurulması və qulluğunun asanlığı və etibarlılığı ilə seçilir: "Ana kompyuterə "switch" üzərindən məsafə problemi olmadan bağlanır. "Windows" və "Linux" əməliyyat sistemlərini dəstəkləyir. Tam ekran multimedia dəstəyi var. "CPU", "Memory" və ya "HDD" ehtiva etmədiyi üçün yeni investisiya xərci tələb etmir. Uzaq məsafədən ana kompyuterə giriş imkanını təmin edir. Kiçik və estetik dizayna malik olmaqla yanaşı, yüngül və səssizdir".

HƏQİQƏT



Baxış sayı: 1510

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024