12px13px15px17px
Tarix:03/03/12

Yoluxucu xəstəliklərə elektron nəzarət edilir

Səhiyyə Nazirliyində yoluxucu xəstəliklər üzrə məlumatların toplanma, ötürülmə, analiz və işlənmə prosesinin təkmilləşdirilməsi və epidemioloji nəzarətin gücləndirilməsi üçün "Yoluxucu xəstəliklərin elektron müşahidə sistemi" (YXEMS) yaradılıb.

Xəstəliklərə nəzarətin elektron əlaqələndirmə sistemi "Azərbaycan Respublikası Nazirlər Kabineti və Amerika Birləşmiş Ştatları Müdafiə Departamenti arasında bioloji silahların inkişaf etdirilməsində istifadə edilə bilən texnologiya, patogenlər və təcrübənin yayılmasının qarşısının alınması sahəsində əməkdaşlıq haqqında saziş"ə əsasən tətbiq olunur. Sistemin Azərbaycanda tətbiqi "Bioloji Təhlükənin Azaldılması Proqramı" çərçivəsində həyata keçirilir.

Bu barədə "İCTnews" elektron xəbər xidmətinə Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzindən məlumat verilib.

Mərkəzdən bildirilib ki, sözügedən proqram çərçivəsində respublika ərazisində yerləşən sanitariya-epidemioloji xidmətinə aid olan 77 tibb müəssisəsi kompyuter avadanlıqları ilə təmin olunub və "Yoluxucu xəstəliklərin elektron müşahidə sistemi"nə qoşulublar. Sistemlə bağlı 140 nəfər mütəxəssisə təlimlər də keçirilib: "Səhiyyə Nazirliyi tərəfindən müəyyən olunmuş sanitariya-epidemioloji xidmətinin müəssisələrində yerləşdirilən işçi yerləri elektron şəbəkə ilə mərkəzi məlumat bazasına qoşulur. Məlumatların ilkin daxil edilməsi yoluxucu xəstəlik aşkarlandıqda, o cümlədən bir sıra ictimai təhlükəli hallarda bir qayda olaraq rayon, şəhər gigiyena və epidemiologiya mərkəzlərində həyata keçirilir. Bütün daxil edilən məlumatlar növbəti işlənmə, saxlanma və analiz üçün Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə ötürülür".

Xüsusi təhlükəli yoluxucu xəstəliklər barəsində isə məlumatlar Respublika Taun Əleyhinə stansiyaya ötürülür, saxlanılır və analiz olunur: "Məlumatların şəbəkələrarası ötürülməsi real zamana yaxın bir tərzdə həyata keçirilir". Qeyd edək ki, "Yoluxucu xəstəliklərin elektron müşahidə sistemi" Səhiyyə Nazirliyinin 26.02.2010-cu il tarixli 16№ -li əmrinə əsasən ötən ilin aprel ayından tətbiq edilir.

HƏQİQƏT



Baxış sayı: 929

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024