12px13px15px17px
Tarix:05/03/12

Kompyuter oyunları istehsalçılarının konfransı keçiriləcək

Mart ayının 7-dən 9-u tarixinə qədər San Fransisko şəhərində “Games Developer Conference and Exhibition- GDC 2012” sərgi konfransı keçiriləcək. “CMP Media LLC” şirkətinin təşkilatçılığı ilə “The Moscone Center”-də reallaşacaq.

“GDC 2012” dünyada ən böyük peşəkar sərgi və kompyuter oyunlarının istehsalçılarının konfransıdır. Hər il bura təxminən 18 000 proqramçı, rəssam, istehsalçı, dizayner, səs üzrə mütəxəssis və kompyuter oyunları ilə bağlı bir çox peşəkarlar gəlir.

Burada konfrans çərçivəsində 400-dən çox mühazirə, onlarla proqramlar və müzakirələri əhatə edən seminarlar, həmçinin “Oyunların 12 İllik Müstəqil Festivalı” keçəcək.  İştirakçılar “Games Developer Conference and Exhibition- GDC 2012” sərgi konfransı kompyuter oyunlarının müasir  inkişaf istiqamətləri barədə ətraflı məlumat almaq imkanı əldə edəcəklər.
 
 




Baxış sayı: 760

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024