12px13px15px17px
Tarix:05/03/12

Avropa Bank İdarəsi “İCANN”-ın yeni domen sisteminin əleyhinə çıxıb

“İCTnews” elektron xəbər xidməti xəbər verir ki, Avropa Bank İdarəsi (European Banking Authority, EBA) “İCANN”-ın (internetdə domen adlarının və zonalarının paylanmasını həyata keçirən təşkilat -İnternet Corporation for Assigned Names and Numbers) domen adlarının yeni açıq qeydiyyatı sisteminə qarşı çıxıb.

“İCANN” nümayəndələri bildirirlər ki, banklar üçün “.bank” və ya “.fin” tipli domen zonalarını əldə etməyi nəzərdə tutan yeni sistem maliyyə təsisatlarına internet servislərə daha yaxşı nəzarət etməyə və qorumağa imkan verəcək. Lakin bank sahəsinin nümayəndələri əmindirlər ki, belə sistem fırıldaqçılığın artmasına və fişinq hücumların fəallaşmasına səbəb olacaq,- “Cybersecurity” yazır.

“EBA”-nın bəyanatında deyilir ki, “fırıldaqçılar tərəfindən sui-istifadə halları üçün böyük imkanlar var”, eləcə də “yeni domenlərin tətbiqi ilə bağlı istənilən planlar ideal şəkildə dayandırılmalıdır”.

Bundan başqa, bank idarəsi yeni sistemlə həqiqi və saxta saytların müəyyənləşdirilməsi ilə bağlı qarışıqlıq riskinin olduğunu bildirir, habelə “EBA” qeyd edir ki, “İCANN”-ın yeni təşəbbüsü Avropada və bütün dünyada fəaliyyət göstərən banklar üçün birbaşa xərclər və itkilər deməkdir.

“Yeni sistem son nəticədə mürəkkəb və bahalı texniki, hüquqi və kommersiya həllərinin istifadəsinə zərurət yaradacaq ki, fırıldaqçılıq və cinayətlərdən qoruna biləsən”,- deyə “EBA” nümayəndələri bildiriblər.
Yeni domenlərin açılması ilə bağlı plan ilk dəfə olaraq rəsmən 2011-ci ilin iyununda səsləndirilib və “.com”, “.net” və ya “.org” kimi orijinal domenərlə birlikdə mövcud olacaq domen zonaların sərbəst qeydiyyatını nəzərdə tutur. Potensial olaraq bu addım milyonlarla domen zonanın yaranmasına səbəb ola bilər.

Cari ilin yanvarın 12-dən etibarən “İCANN” bir yüksəksəviyyəli domen üçün qeydiyyat haqqı 185 000 dollar olmaqla yeni domenlər üzrə ərizələrin qəbuluna başlayıb.

“İCANN” nümayəndələri bildirirlər ki, yüksəksəviyyəli domenlərin qeydiyyat qaydasına ciddi şəkildə nəzarət edərək müəllif hüquqlarının pozulması ilə qeydiyyat üçün göstərilən cəhdlərin qarşısını alacaqlar. Təşkilat nümayəndələri etiraf edirlər ki, yüksəksəviyyəli domenlər üçün qiymətlərin kifayət qədər yüksək olmasına baxmayaraq, sonradan domenləri qanuni sahiblərinə yenidən satmaq istəyənlər tapılacaq.

Maraqlıdır ki, bu qərar “İCANN”-ın yaradıldığı ABŞ Ticarət İdarəsində kəskin etiraza səbəb olub. İdarə təmsilçiləri bildiriblər ki, ABŞ-ın iri şirkətlərindən domenləri əldə etmək üçün əlverişli məqamlar axtaran çoxlu həvəskarların olacağı ilə bağlı xeyli iradlar alıblar.
 




Baxış sayı: 801

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024