12px13px15px17px
Tarix:05/03/12

“DRAM” yaddaş bazarı bahalaşa bilər

“İCTnews” elektron xəbər xidməti xəbər verir ki, Yaponiyanın “Elpida Memory” şirkətinin iflasa uğraması “DRAM” seqmentinin digər “oyunçu”larının xeyrinə olacaq. Belə ki, tədarüklərin azalması səbəbindən  əməli yaddaş modulları bahalaşmağa başlayacaq, buna görə də bu məhsulu istehsal edən şirkətlərin mədaxili 2012-ci ilin ikinci yarısında artacaq. “IHS iSuppli” analitik şirkətinin mütəxəssisləri bu fikirdədirlər.

Artıq məlum olduğu kimi, Yaponiyanın sonuncu kompyuter yaddaşı istehsalçısı olan “Elpida” şirkəti 2012-ci il fevral ayının 27-də müflis olması haqqında bildirmiş və kreditorlardan müdafiə üçün məhkəməyə müraciət edib.

Mütəxəssislərin fikrinə görə, “Elpida” şirkətinin istehsal obyektlərinin 25%-dən çoxunun dayanması 2012-ci ilin ikinci yarısında “DRAM” yaddaşın orta satış qiymətinin 15,5% artmasına gətirib çıxara bilər.


 
EMİL

 




Baxış sayı: 1084

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024