12px13px15px17px
Tarix:05/07/11

“Azərpoçt”MMC-nin uğurlu təcrübəsindən digər ölkələr də yararlanacaq

“Maliyyə xidmətlərinin inkişafı” layihəsi üzrə “Azərpoçt” MMC-nin 1200 poçt şöbəsinin mərkəzi serverə qoşulması nəzərdə tutulub. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin poçt sektorunun müdiri Novruz Məmmədov bildirdi ki, ilkin araşdırmalara görə, 1132 poçt şöbəsində mərkəzi serverə qoşulma üçün texniki imkan mövcuddur. Bunlardan 695 PŞ-si “Azdatacom” üzərindən “Azərpoçt” MMC-nin mərkəzi serverinə qosulması həyata keçirilib. Hal-hazırda 535 PŞ-si “Azdatacom” şəbəkəsindən istifadə edir. Bakı şəhəri üzrə 126 PŞ və rayon PF üzrə isə 409 PŞ şəbəkədə işləyir.
Qeyd edək ki, Ümumdünya Poçt İttifaqı “Azərpoçt”MMC “Maliyyə xidmətlərinin inkişafı” layihəsinin uğurlu tətbiqini yüksək dəyərləndirərək digər ölkələrdə şəbəkənin qurulmasına yardımçı olmağa çağırmışdır.



Baxış sayı: 1007

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024