12px13px15px17px
Tarix:05/03/12

İranda «Eurovision.tv» saytına blok qoyulub

Bu ilin mayında Bakıda keçiriləcək “Eurovision” Mahnı Müsabiqəsinə internet üzərindən bilet satışına başlanılıb.

Müsabiqənin təşkilatçısı olan Avropa Yayımları Birliyinin (EBU) təsis etdiyi “Eurovision.tv” saytında birinci yarımfinalın məşqinə və canlı şousuna biletlərin onlayn satışına start verilib. “İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, yarımfinalın məşqinə (21 may) biletlər 30-50 manat, canlı şouya isə (22 may) 90-150 manat arasıdır.«Eurovision.tv» saytı onlayn alış üçün 1 AZN-i 1 avroya ekvivalent göstərib.

İnternet qəzetlərin yaydığı xəbərə görə, dünyanın hər yerindən olduğu kimi, milyonlarla azərbaycanlının yaşadığı İrandan da Bakıda keçiriləcək bu möhtəşəm şouya maraq böyükdür. Amma rəsmi Tehran bunun qarşısını almaqdan ötrü «Eurovision.tv» saytına blok qoyub.

Yayılan məlumatlara görə, İran vətəndaşları internet üzərindən şouya onlayn bilet almaq istəsələr də, bu mümkün olmayıb.


SEYMUR



Baxış sayı: 971

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024