12px13px15px17px
Tarix:06/03/12

Simsiz internet operatorundan qadınlara 8 Mart hədiyyəsi

“SAZZ” simsiz internet operatoru 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə xanımlara məxsus hədiyyə paketi hazırlayıb. “İCTnews” elektron xəbər xidmətinin məlumatına görə,  bu paket çərçivəsində internet operatorun şəbəkəsinə qoşulan xanımlara USB modemi 50% endirimlə təqdim olunacaq. Qeyd edək ki, aksiya  6,7 və 8 mart tarixlərində keçirilir.

Xatırladaq ki, “SAZZ” (4G internet) – Azərbaycanda“MobileWİMAX” texnologiyası üzrə simsiz sürətli internet şəbəkəsidir. Bu texnologiya əhatə zonasına daxil olan ərazilərdə internetə 10 Mbit/s-ə qədər daxilolmanı təmin edir.

Hazırda “SAZZ” şəbəkəsinin əhatə dairəsinə Bakı, Sumqayıt, Xırdalan, eləcə də Mərdəkan, Şağan, Şüvəlan, Qala, Buzovna, Nardaran, Novxanı, Hövsan, Binəqədi, Sahil, Saray, Maştağa və Yeni Suraxanı qəsəbələri daxildir.


CAHANGİR



Baxış sayı: 874

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024