12px13px15px17px
Tarix:06/03/12

Samux rayonunun yeni elektron xəritəsi hazırlanır

Elektron xəritə rayonun bütün kənd və qəsəbələrini özündə əks etdirəcək. Bu barədə məlumatı "İCTnews" elektron xəbər xidmətinə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən verilib. Elektron xəritənin hazırlanmasında məqsəd rayonda qeyri-qanuni torpaq alqı-satqısının qarşısını almaqdı.

Yeni elektron xəritə peyk vasitəsi ilə çəkilib və rayonun bütün ərazisində olan ictimai obyektlər də burada əks olunub.

Qeyd edək ki, əvvəlki xəritələrdə ictimai obyektlərin adı yazılmırdı. Lakin elektron xəritədə nəinki ictimai obyektlərin adı, hətta ora gedən yollar belə aydın şəkildə əks olunur.Onu da bildirək ki, xəritə bütün dövlət orqanlarına və sahibkarlara öz işlərini səmərəli şəkildə qurmağa kömək edəcək.
 




Baxış sayı: 1156

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024