12px13px15px17px
Tarix:05/07/11

“Facebook” rəhbəri “Google+” sosial şəbəkəsində qeydiyyatdan keçib

Məşhur bloqqer Robert Skobl dünyanın ən böyük sosial şəbəkəsi olan “Facebook”un rəhbəri Mark Sukerberq ilə əlaqə saxlayıb və ondan həqiqətənmi, yaxın günlərdə istifadəyə verilən “Google+” şəbəkəsində qeydiyyatdan keçdiyini soruşub. “Mənim “Google”da hesabımın olmasında təəccüblü nə var ki?“ Hərçənd Sukerberq birbaşa “Google+” adını çəkməsə də, Skobl məhz bu xidmət haqqında söhbət getdiyindən əmindir.
Müşahidəçilər güman edirlər ki, Mark Sukerberq funksionallığına görə bir çox şeydə “Facebook”u təkrarlayan yeni xidmətə baxmaq üçün həqiqətən “Google+”-da qeydiyyatdan keçə bilər. “Google+” test versiyasının işə salınması anından birinci gün ərzində xidmətdə Sukerberq adı ilə bağlı 3 hesab qeydiyyatdan keçib.
Onlardan ikisi açıq-aydın saxtadır, ehtimal ki, eyni insan tərəfindən yaradılıb. Hal-hazırda bu hesablar artıq silinib. 3-cü hesab saxtalaşdırma əlamətlərinə malik deyil və bir çox nəşrlər hesabın həqiqətən Sukerberqə aid olduğunu hesab edirlər.
“Google+” sosial şəbəkəsi beta-test rejimindədir, qeydiyyat hal-hazırda elektron poçtla göndərilən şəxsi dəvətlər ilə həyata keçirilir. Ancaq sistemin işə salınmasından dərhal sonra yeni istifadəçilərə dəvətlərin göndərilməsi funksiyası deaktiv idi. Bu, ajiotaja görə müvəqqəti bloklanıb.



Baxış sayı: 1182

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024