12px13px15px17px
Tarix:07/03/12

Bakı ətrafı qəsəbələrdə CDMA stansiyaları qurulacaq

Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) gələcəkdə  paytaxtın ətraf yaşayış məntəqələrində vətəndaşların telefon rabitəsinə olan tələbatının ödənilməsi məqsədilə CDMA baza stansiyasının qurulmasını planlaşdırır.

Birlikdən verilən məlumata görə, Bakı və ətraf qəsəbələrdə aparılan monitorinq nəticəsində daha bir neçə yerdə stansiyaların qurulmasına ehtiyac yarandığı məlum olub.
Hal-hazırda BTRİB tərəfindən Bakıda iki yerdə baza stansiyası qurulub.

Qeyd edək ki, avadanlıqlar "Huawei" şirkətindən alınıb və şəbəkə üzrə ümumi tutum 20 min nömrəyə çatdırılıb.






RƏVAN




Baxış sayı: 1134

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024