12px13px15px17px
Tarix:07/03/12

Pambıqçılığın inkişafında müasir texnologiyaların tətbiqinə üstünlük verilir

Pambıqçılığın inkişafına dövlət qayğısının gücləndirilməsi üçün müasir texnologiyaların tətbiqinə üstünlük verilir. Belə ki, məhz yeni texnologiyalara əsaslanan müəssisələrin sayını artırmaq üçün Sahibkarlığa Kömək Milli Fondu (SKMF) tərəfindən sahibkarlara verilən güzəştli kreditlərin həcmi artırılır. "İCTnews" elektron xəbər xidmətinə bu barədə İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qurumdan bildirilib ki, SKMF tərəfindən  2012-ci ilin ötən dövrü ərzində sahibkarlıq subyektlərinin 301 investisiya layihəsinin maliyyələşdirilməsinə 39,9 milyon manat, o cümlədən respublikanın regionları üzrə 267 investisiya layihəsinin maliyyələşdirilməsinə 35,1 milyon manat və Bakı qəsəbələri üzrə 34 investisiya layihəsinin maliyyələşdirilməsinə 4,8 milyon manat güzəştli kredit verilib: "Bu layihələrin reallaşdırılması 1230-a yaxın yeni iş yerinin yaradılmasına imkan verəcək. Fondun vəsaitləri hesabına son 3 ildə pambıqçılığın inkişafı ilə bağlı 41 sahibkara 421,5 min manat güzəştli kredit verilib.

Bu layihələr hesabına 130-dan çox yeni iş yeri yaradılıb". Nazirlikdən bildirilib ki, ölkəmizdə "xammaldan son məhsuladək" prinsipinə əsaslanan emal müəssisələrinin yaradılmasına xüsusi diqqət yetirilir: "Müasir texnologiyaların tətbiqi ilə Sumqayıtda illik gücü 6,5 milyon metr parça istehsalı və 10 min ton parça boyama gücü olan yüngül sənaye məhsullarının istehsalı fabrikləri də bu qəbildəndir. Müəssisənin yaradılması üçün fond tərəfindən 10 milyon manat güzəştli kredit verilib. Hazırda müəssisədə tikinti-quraşdırma işləri davam etdirilir".
 
HƏQİQƏT





Baxış sayı: 1335

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024