12px13px15px17px
Tarix:07/03/12

ABŞ Dövlət Departamenti “Google Chrome”-a keçir

“İCTnews” elektron xəbər xidməti Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, ABŞ dövlət katibi Hillari Klinton bildirib ki, Dövlət Departamenti qurumun əməkdaşları üçün əsas brauzer olan “İnternet Explorer”-i açıq “Google Chrome” ilə əvəzləmək niyyətindədir.

Departamentin kompyuter sistemlərində əsas brauzer kimi “İnternet Explorer”-in köhnə versiyasından istifadə olunur ki, bu da müasir internet saytları ilə işləyəndə narahatlıq törədir.

“Google” da öz növbəsində Dövlət Departamentinin açıqlamasını təsdiqləyərək brauzerin quraşdırılması ilə bağlı işlərin 14 fevral 2012-ci il tarixindən aparıldığını qeyd edib. İlk iki həftə ərzində açıq kodlu brauzer 58 min əməkdaşın kompyuterində quraşdırılıb.

İndi “İnternet Explorer”-dən yalnız uyğunluğun təmin edilməsi sistemlərində istifadə olunur. Bundan sonra əməkdaşlar internetlə daha müasir “Chrome” vasitəsilə işləməli olacaqlar.

Brauzerlə yanaşı, “Google” Dövlət Departamentinə sistemin quraşdırılması və inzibatçılığı üçün alətlər dəstini də təqdim edib. Bu, şöbələrdə “Google Chrome”-un tətbiqini sürətləndirməyə imkan verəcək.
Qeyd edək ki, ABŞ Dövlət Departamentində orta hesabla 100 minə yaxın kompyuterdən istifadə olunur. İE-dən fərqli olaraq “Chrome” brauzeri istifadəçi kompyuterlərində yenilənəcək. Qurumun sistem  inzibatçıları yenilənmə prosesinə “Google” alətlərinin köməyi ilə nəzarət edərək daha stabil və yoxlanılmış versiyaları seçə biləcəklər.




Baxış sayı: 653

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 May 2020

25 05 2020