12px13px15px17px
Tarix:09/03/12

Yeni məhsulun adı “Yeni iPad” oldu?

Gözlənildiyi kimi, 7 mart San-Fransisko şəhərində keçirilən mətbuat konfransında "Apple" şirkətinin icraçı direktoru Tim Kuk tərəfindən  yeni "iPad" təqdim edilib.

Konfrans zamanı əvvəl güman edildiyi kimi, şirkət  yeni məhsulu "iPad 3" və ya "iPad HD" deyil,  sadəcə, "Yeni iPad"  adlandırmağı təklif edib.

Yeni "iPad"  əvvəlki kimi 9.7 düymlü displeyə, daha sürətli işləyən prosessor çipinə görə "iPad" və "iPad 2"-dən fərqlənir. Bu xüsusiyyətlər tableti daha enli və ağır edib.

Yeni məhsulda "Windows 8" əməliyyat sistemindən istifadə olunacaq. Yeni "iPad"-lər martın 16-dan Amerika Birləşmiş Ştatları və daha bir neçə ölkədə satışa çıxarılacaq.
 


GÜLNAR




Baxış sayı: 837

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024