12px13px15px17px
Tarix:09/03/12

Bill Qeytsin şirkəti peşəkarlar üçün musiqi xidməti istifadəyə verib

“Corbis” şirkəti audioyazıların lisenziyalaşdırılması üçün nəzərdə tutulmuş ixtisaslaşdırılmış “GreenLight Music” xidmətini istifadəyə verib.

“İCTnews” elektron xəbər xidməti xəbər verir ki, “Corbis” firması 1989-cu ildə “Microsoft” korporasiyasının banisi Bill Qeyts tərəfindən təsis edilib. Xidmət reklam verənlərə peşəkar foto və videomaterialların istifadə hüquqlarının verilməsi üzrə ixtisaslaşıb. “Corbis”-in verilənlər bazasında 100 milyondan çox foto və təxminən 500 min videoklip var.

“GreenLight Music” xidməti audioyazı və musiqi kompozisiyalarını veb-saytlarda, reklamlarda, müxtəlif konfranslar, sərgilər və s. zamanı istifadə etmək üçün lisenziyalaşdırmağa imkan verir. Xidmətin bazası 1 milyondan çox musiqidən ibarətdir. Onların hüquqları “Warner Music”, “EMI Music Publishing”, “Universal Music” və “Sony ATV” səsyazma şirkətlərinə aiddir.

“GreenLight Music” xidməti axtarış və oxşar kompozisiyaların müqayisə edilməsi vasitələrini təklif edir. Lisenziyaların qiyməti hüquq sahibi ilə  müzakirə edilir.
 
EMİL
 




Baxış sayı: 750

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024